Böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Rumi (1207-1273) ortaq mədəniyyətimizin dünya tarixinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. Onun qələmindən çıxan “Məsnəvi”, “Məcalisi-səba”, “Fihi-ma fih”, “Divani-Kəbir” (Böyük divan) və “Məktubat” kimi bənzərsiz əsərlər aradan keçən yüzillərə rəğmən, bugünkü gün də dünyanın bütün guşələrində dərin maraqla oxunmaqdadır.
Şair-çevirmən Azad Yaşarın dilimizə çevirdiyi və geniş oxucu marağına səbəb olan “Məsnəvi”dən seçmələr” kitabının təkmilləşdirilmiş üçüncü nəşri ədəbiyyatımızda M.C.Rumi ilə bağlı haqsız boşluğu doldurmaq məqsədi güdür. Kitabda dünya ədəbiyyatının incisi sayılan əsərin alti cildindən alınmış müdrik hekayətlər və kəlamlar, Mövlanənin həyat və yaradıcılığına dair araşdırma yazıları ilk dəfə bir arada toplanmaqla Azərbaycan oxucusunun diqqətinə təqdim olunub.
(Tərcümə:Azad Yaşar,Nəşriyyat:Nurlar,Səh:272,Dil:Azərbaycan türkçəsi)
Bizim Dünyamızda Qadın analıq ənginliyi ilə səmalar qədər geniş və göylərdəki ulduzlar qədər hislərin, düşüncələrin könlündə coşduğu bir hiss və mərhəmət bulağıdır. O, qəlbi kin və nifrətə qapalı olan, bütün varlığı ilə qurmaq və ucaltmaq üçün çalışan bir fədakar, yer üzündə ilahi xilafətin ən saf mayası, bəşəri incəliyin də bir növ əsasıdır…
Bizim dəyərlərimizə görə, Qadın Kişi ilə birlikdə bir vahidin iki bərabər üzüdür. Bir meyvənin yarısını kişi, yarısını da qadın təşkil edir...
Bizim Dünyamızda Qadın cəmiyyəti qoynunda böyüdür, bəzən ana, bəzən bacı, bəzən də cənnət üzərində addımlayan uca bir varlıq olur ...
Edebiyatçı ve yazar Nihat Genç’in televizyon konuşmalarından derlenen “Veryansın” adlı kitap okuyucuyu hem yakın tarihimiz içinde nostaljiye çıkarırken, hem de Nihat Genç’in o muhteşem üslubu ve birbirinden ilginç fıkralarıyla bizleri bazen güldürüyor bazen de öylesine etkiliyor ki! Hakikaten Türkiye gündemini objektif takip edenler için eşi bulunmaz bir kitap. Okudukça Türk milletinin kimler tarafından yönetildiğine gizli kapaklı çıkar gruplarının faaliyetlerine de şahit olacaksınız…Bu topraklarda istediğimiz, altına gireceğimiz küçük bir kubbedir. Biz, bu ülkenin altınlarına değil, ağaçlarının gölgesini sevdik. Hafız’ın lafıdır : “Rüzgâr geçtiği yerlerin kokusunu taşır”. Herkes bulunduğu yerin kokusunu taşır. Gök kubbenin veyahut rögarların…
(Yazar:Nihat Genç,Yorum:Emrah Altınkaya)
Tarihi yapan milletlerden biri olarak biz Türkler tarih bilincine ne derece sahibiz? Geçmiş belgelerimize ne kadar yakın, ne ölçüde uzağız? Prof.Dr. İlber Ortaylı hocamızın eşsiz üslubu ile tarihimizin derinliklerine doğru iniyoruz ve de tarihimizle yüzleşiyoruz. Osmanlının klasik dönemi 18 ve 19. Yüzyıllardaki sosyal ve toplumsal bakış açısını, bugün ki Avrupa’yı var eden koşulları, Türk, Rus ve Japon modernleşme yolculuklarını, kısacası dünya medeniyetlerinin kökenlerini gözler önüne seriyor.Tarihimizi okudukça kendimizi daha çok seveceğiz ve geçmişimize daha çok ısınacağız!
(Müəllif:İlber Ortaylı,Yorum:Emrah ALtınkaya)
Kitabda rus dilindəki türk sözlərindən ətraflı behs edilir. Göstərilir ki, bu dildəki türk sözlerinin leksik-semantik zənginliyi türk xalqlarının erkən maddi-mənəvi nailiyyətlərini əks etdirir. Aydın olur ki, türk sözləri rus dilinin bütün leksik qatına yayılmışdır; mədəni-kültür kəlimələr, inzibati iş, dövlətçiliklə bağlı, hərb sahəsinə aid, yaşayış – məskunlaşma ilə əlaqədar türk sözlerinin rus dilində yaratdığı geniş və zəngin mənzərə rus, şərqi slavyan xalqlarının tarixində Türk xalqlarının yerini və mövqeyini təsdiq edir.
(Müəllif:Minaxanım Təkləli,Nəşriyyat:Nurlar,Səh:272,Dil:Azərbaycan türkçəsi)
İslam Hüququ metodologiyasının en mühüm mütəxəssislərindən olan Qarafi "Rəsulullah (s.a.s)-in heç bir möcüzəsi olmasaydı yetişdirmiş olduğu əshabi-kiram Allah Rasulunun nübüvvətini sübut etməyə kifayət edərdi" demişdir.Əsri-səadət insanları mərifət üfüqlərində yol qət etmiş bir toplum idi. O dövr Allah- təalanı və Rəsulullah (s.a.s)-i yaxından, eyni zamanda qəlbdən tanıma dövrü idi. O cəmiyyətdə qəlbdən dünyavi mənfəətlər, yəni ilahlar atıldı, mal va can bir vasitə olaraq dəyərləndirildi. İman bir ləzzət halına gələrək mərhəmət takamül etdi və bu yolda xidmət, bir həyat tərzinə çevrildi. Mənbəyini Allah Rəsulundan alan zəngin ruhaniyyət ilə Haqqa yaxınlıq əldə edildi. Xeyir və haqq bütün gözəlliyilə, şər və batil da bütün çirkinliyi ila açıq-aşkar meydana çıxdı. İnsanların Allah, kainat və nəfis anlayışlarında yeni düşüncə tərzi formalaşdı. Allah Rəsulunun halı ilə həmhal olmaq əshabı-kiramın ən böyük idealına çevrildi. Allah Rəsulunun buyurduğu hər hansı bir tövsiyə müqəddəs bir əmanət olaraq hörmət və həssaslıqla əbədiyyən baş tacı edildi və həsrət duyguları ilə daim yad edildi.Əsri-səadət adlandırdığımız o dövrdə umumi bir məmnunluq halı yaşandı. Rahatlıq, israf şəhabə cəmiyyətinə yad bir hayat tərzi idi. Könüllər "Sabah nəfsin son mənzilinin məzar olacağı" həqiqətini dərk etdi. Dostluğun mərkəzinə Mövla və Rəsulu yerləşdirildi. Oxuma. yazma bilməyən bir cəmiyyət mədəniyyətdə zirvələri fəth etdi. Bütün qəlblər "Allah bizdən nə istər. Rəsulullah bizi necə görmək istər?" duygularının həyacanıyla döyünməyə başladı.Məhz o insanlarla əsrlər və zamanlar yenidən canlandı. İnsanlığa bir əsri-səadət təqdim edildi. Həyat Allahın rizasına hədəfləndi. Mərhəmət və şəfqət duyguları daha da artdı. Haqqı bərqarar etmək həssaslığı isə zirvələşdi. Şəhabə üçün həyatın ən zövqlü və mənalı anları, sonraki nəsillərə tövhid mesajını çatdırdıqları zamanlar oldu.Ey Rabbimiz, bizə əsri-səadət həyacanından hissələr almağı nəsib et!(Müəllif:Osman Nuri Topbaş,Nəşriyyat:İpek yolu,Səh:421,Dil:Azərbaycan türkçəsində)
Allah 14 əsr əvvəl insanlara yol göstərən bir kitab olan Qurani-Kərimi göndərdi. Rəbbimiz bütün bəşəri bu kitaba tabe olaraq qurtuluşa dəvət etdi. Göndərildiyi gündən qiyamətə qədər bəşəriyyətin yeganə rəhbəri də bu sonuncu ilahi kitab Quran olacaqdir.Quranin ədəbi yönünün ecazkarlığı, bənzərsiz üslub xususiyyətləri və ehtiva etdiyi üstün hikmətləri onun Allahın sözü olmasını sübut edan mutləq dəlillərindəndir.Bunlarla yanaşı, onun Allahın sözü olmasını sübut edən müxtəlif möcüzəvi xususiyyətləri də var. Onun bu yönlərindən biri ancaq XX əsrin texnologiyasi ilə aydınlandırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir.Əlbəttə, Quran sırf elm kitabı deyil. Ancaq muxtəlif ayələrində yığcam, dolğun və hikmətli üsulla qeyd edilən bəzi elmi həqiqətlər yalnız XX əsrin texnologiyasi ila kəşf edilmişdir.Hər ötən gün bu kəşflərə yeniləri əlavə olunur. Quranın göndərildiyi dövrdə elmi olaraq bilinməsi mümkün olmayan bu məlumatlar yaşadığımız dövrün insanına Quranın Allahın sözü olduğunu bir daha göstərir.Əlinizdəki bu kitabda Quranın elmi möcüzələri ilə yanaşı, keçmiş və gələcəklə bağlı bəzi xəbərlərə, Quranın ədəbi yöndən mükəmməlliyinə və riyazi möcüzələrlə əlaqəli misallarına da yer ayrılır.
(Müəllif:Harun Yəhya,Nəşriyyat:Global yayıncılıq,Səh:437,Dil:Azərbaycan türkçəsi)
Kateqoriya
- Din (10)
- Dərgilər (2)
- Kitab yorumları (2)
- Kompüter (1)
- Lüğət (1)
- Qadın (2)
- Tarix (9)
- Türkçe kitablar (2)
- Uşaq ədəbiyyatı (2)